Modern.az

Peşəni sevmək ananın öz körpəsini sevməsinə bənzəyir

Peşəni sevmək ananın öz körpəsini sevməsinə bənzəyir

29 May 2012, 12:48

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Həmişə böyüklərdən eşitmişəm ki, peşə seçimində və ailə quranda seçimi düzgün etməlisən. Çünki ömrün boyu bu ikisi hər an səninlə olacaq. Buna görə də insan gərək peşə seçimində çox diqqətli olsun. Seçdiyi peşəni sevsin ümumiyyətlə peşəsinə sevib gəlsin.

Əgər peşəni sevmirsənsə, sadəcə pul qazanım deyirsənsə peşəsinin mütəxəssisi ola bilməyəcəksən. Peşə seçərkən nəzərə almalısan ki, bizim ixtisasımız, peşəmiz bir ömür boyu bizim yol yoldaşımız olacaq.

Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimimizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabiliyyətli olursa, uğur qazanırsa bizimdə ilk ağlımıza gələn o peşəni seçmək olur. Uşaq vaxtımızdan tez-tez qərarlarımızı dəyişdirmişik.

Biz bir peşəyə sahib olmaq üçün 11 il məktəb oxuyur, 10 və11-ci sinifdə gecə-gündüz demədən ali məktəbə daxil olmaq üçün imtahana hazırlaşırıq. Vay o gündən ki, səni ailən istəmədiyin bir peşəyə məcbur etsin. Ya da təki çöldə qalmayıb deyərək istədəmədiyin, bilmədiyin bir peşəni seçəsən. Həm 11 ilik əziyyətin, həm də 2 il abituriyent hazırlığın boşuna gedir. İstədiyin bir ixtisasa daxil olduqda isə 4 il universitet dərslərini oxumalı, çalışmalısan ki, işinin mütəxəssisi olasan.

Mənim fikrimcə peşəni sevmək ananın öz balasını sevməyə bənzəyir. Ana gecə-gündüz yuxusuz gecələrdə öz körpəsinə qayğı göstərir, onu yedirir, qayğısına qalır. Eləcə də biz gənclər öz peşəmizi bu cür sevməliyik. Universitet illərindən yaxşı oxumalıyıq, müəllimlərin verdiyi tapşırıqları vaxtlı-vaxtında etməlitik. Peşəmizə aid hər kitabı oxumalıyıq. Məsələn, hər bir gənc öz ixtisasına aid dərsləri elə ali məktəbdə ikən yaxşı oxusa, gecə gündüz ancaq öz biliklərini dərinləşdirməyə çalışsa təbii ki, o tezliklə bunun bəhrəsini görəcək.

Gənclərimiz çox vaxt işsizlikdən şikayətlənir. Amma nəzərə almırlar ki, tək oxumaqla, diplom almaqla iş bitmir. Gərək işinin mütəxəssisi olasan. Bugünki günümüzdə öz dilimizlə bərabər gərək ən azı 2 xarici dil bilək. Bunlar olmasa iş tapmaq daha çətin olur.

Həm də gənclərimizdə əzmkarlıq biraz zəifdir desəm, məncə yanılmarıq. Çünki, gənclər bir neçə yerə iş müraciəti edirlər. Mənfi cavab alan kimi ruh düşkünlüyü yaşayırlar. Amma çalışmaq lazımdır ki, daha da əzmkar olasan. Bir yerə yox on yerə iş üçün gedəsən. Bununla nəsə əldə etmək olar.

Bundan başqa, hər kəs istəyir ki, ali məktəb bitirsin. Çünki, indi valideynlərin çoxu öz övladlarını gələcəyin prokuroru, həkimi görmək istəyir. Amma bununla da işsizlər ordusu yaranır. Bəs hamımız hüquqşünas, həkim, politoloq, jurnalist, müəllim olsaq kim makinist, rəngsaz, usta, bərbər  olacaq? Bunları düşünüb peşə seçmək lazımdır.

Xarici ölkələrdə əsasən şagirdlərlə peşə seçimi ilə məktəb yaşlarından psixoloqlar məşğul olur. Onlar uşaqlarla saatlarla söhbət edir, onların hansı peşəni istədiklərini bilirlər. Buna görə də şagirdləri lazımı ixtisasa yönəldirlər.

Bizdə isə gənclər çox vaxt ailələrinin təzyiqiylə üzləşir. Məsələn mən, öz qrup yoldaşlarımı misal çəkmək istəyirəm. Lamiyə adlı qızın çox gözəl rəssamlıq qabiliyyəti var idi, amma atasının məcburiyyəti ilə jurnalistikaya daxil olmuşdu. O isə ancaq dipolom xətrinə oxuyur, heç bir can yanalıq etmirdi. Bizim əsas nöqsanımız məncə budur. İnsanın öz sevdiyi peşəsiylə əşğul olması həm özü üçün həm də ölkəsi üçün çox yaxşıdır. Bununla o həm hələcək uğurlara imza ata bilir, həm də cəmiyyəti, xalqı üçün xeyirli işlər görə bilir.

Bütün bunları nəzərə alaraq, məncə orta məktəblərdən  maarifləndirmə işlərinə başlanmalı, qəzet, televiziya eləcə də radioda bu yöndə müxtəlif yazılar yazılmalı, verilişlər hazırlanmalıdır.

 

Sevinc Əsədova

Qərb Universitetinin tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir