Modern.az

İslahatlara etiraz edən generallar vəzifələrindən azad olundu

İslahatlara etiraz edən generallar vəzifələrindən azad olundu

19 Yanvar 2010, 10:14

Rusiya ordusunda islahatlara etiraz edən generallar  vəzifələrindən azad olunub. Modern.az-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata əsasən, Müdafiə Nazirliyində  bir sıra kadr dəyişikliyi aparılıb. Qəzet orduda islahatlara qarşı çıxan generalların cəzalandırıldığını yazır. “Generalların səssiz üsyanı” adlı məqalədə vəzifələrindən azad olunan generallar arasında Rusiya quru qoşunları komandanı, general Vladimir Boldırev,  Şimali Qafqaz Hərbi Dairəsinin komandanı general Sergey Makarov, Müdafiə Nazirliyinin təchizat və xidmət idarəsinin rəisi general Vladimir Filippovun adları çəkilir. İslahatlar çərçivəsində indiki müdafiə naziri Anatoli Serdyukovun da vəzifə səlahiyyətlərinə xitam veriləcəyi gözlənilir.  “Nezavisimaya qazeta” ordudakı son kadr dəyişikliklərini “sunami”yə bənzədib. Qəzet yazır ki, okeanlarda baş qaldıran dağıdıcı sunamilərin səbəbi  tektonik olduğu halda, Müdafiə Nazirliyində baş vermiş istefaların tək səbəbi siyasi motivlidir.   

Yeni islahatlara görə, rus ordusunda generalların sayı 1200-dən 780-ə endirilib. Bundan əlavə, yüksəkrütbəli zabitlərin sayı  335 mindən 150 minə qədər azaldılıb  Ayrıcı bir sıra hərbi məktəblər bağlanıb. Orduda 142 min praporşik vəzifədən alınıb.

Əldə olunan məlumata görə, martda islahatların ikinci dalğası başlayacaq. Bu dəyişikliklər yeni hərbi doktrinanın qəbulu ilə bağlıdır.  Müdafiə Nazirliyindən verilən məlumata görə, islahatlar çərçivəsində müdafiə naziri Anatoli  Serdyukov vəzifəsindən azad olunacaq və onun yerinə Baş Qərargah rəisi Makarov təyin olunacaq.   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?