Modern.az

Hərbi Prokurorluq: “Törədilən cinayətlərin 99,5%-nin üstü açılıb”

Hərbi Prokurorluq: “Törədilən cinayətlərin 99,5%-nin üstü açılıb”

Aktual

14 Avqust 2020, 13:44

“Hərbi Prokurorluq orqanlarının fəaliyyəti ötən dövrlərdə olduğu kimi 2020-ci ilin birinci yarımilində də səmərəli olmaqla, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və qanun pozuntularının qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək hüquqazidd əməllərin və digər nöqsanların aradan qaldırılmasına yönəldilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib. O qeyd edib ki, bu il törədilən cinayətlərin demək olar hər biri açılıb:

“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir