Modern.az

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar şəhidləri anılıb

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar şəhidləri anılıb

Təhsil

19 Yanvar 2010, 10:21

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 20 ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Modern.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov qanlı hadisəni qısa xarakterizə edib, 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin parlaq qəhrəmanlıq səhifəsi olduğunu deyib.
Fond sədri bildirib ki, 20 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.
Tədbirdə yazıçı, tanınmış jurnalist Rafiq Səməndər həmin dövrdə 20 Yanvar faciəsində şəhid olmuş şəxslərdən bəhs edən kitab hazırlayarkən əyani şahidi olduğu hadisələrlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
 Daha sonra Şuşa Dövlət Musiqli Dram Teatrının gənc aktyorlarının ifasında 20 Yanvar hadisələri ilə əlaqədar kompozisiya nümayiş etdirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!