Modern.az

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir” - Hikmət Hacıyev

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir” - Hikmət Hacıyev

15 Avqust 2020, 11:36

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: 

 

“Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?