Modern.az

Koronavirusa qarşı peyvənd ölkəmizə nə vaxt gətiriləcək? - TƏBİB-dən açıqlama

Koronavirusa qarşı peyvənd ölkəmizə nə vaxt gətiriləcək? - TƏBİB-dən açıqlama

Aktual

15 Avqust 2020, 11:46

"Bu gün üçün əsas payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir".

 

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Onun sözlərinə görə, koronavirus əleyhinə ən zərərsiz peyvəndin hazırlanması istiqamətində işlər görülür: "Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI təşkilatından alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır