Modern.az

"Sirr dağarcığı" Mehmet Əli Ağca mətbuat konfransı keçirəcək

"Sirr dağarcığı" Mehmet Əli Ağca mətbuat konfransı keçirəcək

Təhsil

19 Yanvar 2010, 10:38

Roma Papası 2-ci İohan Pavelə qarşı sui-qəsd cəhdi və Türkiyənin məşhur jurnalistlərindən biri olan Abdi İpəkçinin öldürülməsinə görə üst-üstə 30 il həbsdə olan Mehmet əli Ağca azadlığa buraxılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ağca ilk olaraq Hərbi Çağırış Şöbəsinin tələbi ilə hərbi xidmətə yararlı olub-olmadığının araşdırılması üçün xəstəxanaya aparılıb.

Müayinə nəticəsində hərbi xidmətə yararlı olmadığı müəyyən edilən Ağca buradan Ankaradakı lüks otellərindən birinə yollanıb. Onun vəkil Gükay Çağlaralp Güntəkin  bildirib ki, Ağca yanvarın 20-də jurnalistlər üçün mətbuat konfransı keçirəcək.

Ağca həbsxanadan çıxarkən, jurnalistlərə onun tərəfindən yazıldığı bildirilən və ingilis dilində hazırlanan mətn paylanıb.5 maddədən ibarət olan mətndə Ağca özünü Tanrının yüksək xidmətçisi kimi təqdim edir və dünyanın sonunun gəldiyini elan edir. Ağca hesab edir ki, İncil səhvlərlə doludur və mükəmməl İncili məhs o yazacaq. Bəzi müşahidəçilər Ağcanın film, kitab və digər layihələrdən böyük gəlirlər əldə etmək məqsədilə bu cür bəyanatlarla diqqəti daha çox cəlb etməyə çalışdığını bildirirlər. İcmalçılar Ağcanın qatil olduğunu xatırladaraq, kütləvi informasiya vasitələrini onu ulduza çevirməməyə çağırırlar. Bəzi analitiklər isə, Ağcanın jurnalist Abdi İpəkçinin öldürülməsi, cəza çəkdiyi həbsxanadan qaçırılması, Roma Papasına qarşı sui-qəsd cəhdi, Bolgarıstan kəşfiyyatı və Sovet KGB-si ilə əlaqələrə dair iddialarla bağlı bir çox sirləri hələ də açıqlamadığını bildirirlər. Onların fikrincə, həmin məsələlərə aydınlıq gətirilməlidir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!