Modern.az

Nazirliyin Aparat rəhbəri işdən çıxarıldı

Nazirliyin Aparat rəhbəri işdən çıxarıldı

Mədəni̇yyət

17 Avqust 2020, 12:38

Mədəniyyət Nazirliyində daha bir köhnə kadr işdən çıxarılıb. Modern.az saytı xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Aparat rəhbəri Fikrət Köçəri oğlu Babayev tutduğu vəzifədən azad edilib.

Bu barədə məlumatı nazirlikdən də təsdiqləyiblər. Bildirilib ki, F.Babayev yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Modern.az-ın məlumatına görə, F.Babayev sabiq nazir Əbülfəs Qarayevin əmri il 28 iyun 2018-ci ildə nazirliyin Aparat rəhbəri təyin edilmişdi.

F.Babayev daha əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri işləyib. 
2018-ci ildə nazirliyin Aparatının yeni strukturu formalaşdırılarkən Fikrət Babayevə qurumun rəhbər vəzifəsi tapşırılmışdı.

Fikrət Babayev mərhum eks-baş prokuror Murad Babayevin qardaşıdır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır