Modern.az

Nazir müavininin qardaşı səfir vəzifəsindən geri ÇAĞIRILDI

Nazir müavininin qardaşı səfir vəzifəsindən geri ÇAĞIRILDI

17 Avqust 2020, 13:21

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xatırladaq ki, Dursun Həsənov 21 dekabr 2016-cı il tarixində Gürcüstana səfir təyin edilmişdi.  Dursun Həsənov Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir