Modern.az

Komitə sədrinin müavini vəzifədən AZAD EDİLDİ

Komitə sədrinin müavini vəzifədən AZAD EDİLDİ

Parlament

17 Avqust 2020, 13:28

Faiq Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Faiq Quliyev Azərbaycanın Gürcüstandakı yeni səfiri təyin edilib.


Xatırladaq ki, Faiq Quliyev 2015-ci ilin martında 
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin olunmuşdu.

O, daha əvvəl “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır