Modern.az

Rusiyada təhsil alan azərbaycanlılara təqaüd ayrıldı

Rusiyada təhsil alan azərbaycanlılara təqaüd ayrıldı

18 Avqust 2020, 14:30

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlib.

Modern.az xəbər verir ki, RAGB tərəfindən artıq ikinci il keçirilən müsabiqə çərçivəsində Rusiya Federasiyasında təhsil alan əlaçı-tələbələrə maliyyə yardımı göstəriləcək. Cari ildə koronovirus pandemiyası ilə əlaqədar olaraq müsabiqənin miqyası genişləndirilib.  2019-cu ildə keçirilən müsabiqədə 13 tələbə təqaüdə layiq görülsə də, bu il tələbələrin sayı 18-ə çatıb.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq, Rusiya Federasiyasının ali təhsil müəssisələrində əyani formada bakalavr və ya magistr təhsili alan, əlaçı olan azərbaycanlı tələbələr iştirak ediblər.

Qeyd edək ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin həmrəyliyi və onlara sosial, yaradıcılıq və təhsil sahəsində dəstəyin göstərilməsi məqsədilə 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Sözügedən layihə, təhsildə fərqlənən gənclərə tam dəstəyin göstərilməsi və gənclərin təhsilə olan marağının stimullaşdırılması məqsədilə RAGB tərəfindən hər il həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir