Modern.az

DİN-dən Kəramət Böyükçölün saxlanılması barədə AÇIQLAMA - YENİLƏNİB

DİN-dən Kəramət Böyükçölün saxlanılması barədə AÇIQLAMA - YENİLƏNİB

Hadisə

18 Avqust 2020, 18:00

Daxili İşlər Nazirliyi (DİN) gənc yazıçı Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, K.Böyükçölün saxlanılması qonşuların şikayətilə bağlıdır. 


Belə ki, onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:

“Hətta qonşulardan biri onun qapınısını döyərək sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.
Bu gün ərazi üzrə Polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.

***

Bir qədər öncə gənc yazıçı Kəramət Böyükçöl polis tərəfidən saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü Facebook-da bildirib.

 

Yazıçı canlı yayımda olarkən yaşadığı mənzilə gələn polis əməkdaşları qonşuların ondan şikayət etdiyini bildiriblər.

 

K.Böyükçöl saxlanılaraq polisə aparılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır