Modern.az

“Əl-Qaida”nın Türkiyə dayağı yaxalanıb

 “Əl-Qaida”nın Türkiyə dayağı yaxalanıb

19 Yanvar 2010, 12:37

Türkiyənin Adana və Ankara şəhərlərində  həyata keçirilmiş əməliyyatlar gedişində “Əl-Qaida” terror təşkilatının Türkiyə üzrə koordinatoru Əbu Zər yaxalanıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Əbu Zərin terror aksiyasının keçirilməsi üçün təlimat verdiyi bildirilən daha 31 tərəfdarı həbs olunub.
Məlumata görə, Əbu Zər 1990-cu ildə Çeçenistanda ruslara qarşı döyüşüb. 2007-ci ildə çeçenlər yardım toplamaq məqsədilə Zəri Türkyiəyə göndərib. Topladığı pulları gecə klublarında başına sovuran Zərin çeçenlərlə  arası pozulub. Çeçenlərin ondan intiqam alacağını görən Zər Türkiyəni tərk edərək əvvəlcə Özbəkistana, daha sonra isə Əfqanıstana gedərək Talibanın himayəsinə sığınıb. Terror təşkilatının Türkiyə üzrü koordinatoru olaraq Ankaraya göndərilən Əbu Zərin 4 arvadı və 15 uşağı olduğu bildirilir

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir