Modern.az

Oqtay Əsədov Zahid Oruca səsləndi: "Hamı sənin kimi bəxtəvər deyil ki..."

Oqtay Əsədov Zahid Oruca səsləndi: "Hamı sənin kimi bəxtəvər deyil ki..."

Təhsil

12 İyun 2012, 13:16

Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə çıxarılan məsələlərlə bağlı müzakirələr davam edir. Modern.az xəbər verir ki, parlamentdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Republikasının Qanununa dəyişiklik edilməsi zamanı aparılan müzakirələrdə deputat Zahid Oruc çıxış edib.

O, sənəddə 8 yaşındakı uşaqlara 2 dəfə pasport almaq təklif olunması dəyişikliyinə diqqət çəkərək bunu doğru hal hesab etmədiyini bildirib.

“Bu doğru hal deyil, hesab edirəm ki, bunu 2 dəfə endirmək lazımdır. Pasportlar 1 yaşından 3 yaşınadək yox, birbaşa 1-3 yaşadək verilsin. Çünki uşaqlar 3 yaşadək sifətini az dəyişir, onsuzda hamımız uşaqlıq şəklinə çox oxşayırıq”.

Milli Məclisin sədri Oqtay Əsədov isə Zahid Oruca cavab olaraq qeyd edib: “Zahid müəllim hamı sənin kimi bəxtəvər deyil ki, eyni cavan sifətdə qalsın”.

Zahid Oruc isə “mənim onsuzda bir sifətim var”, - deyə cavab verib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!