Modern.az

“Lotu Quli” Türkiyədə ÖLDÜRÜLDÜ

“Lotu Quli” Türkiyədə ÖLDÜRÜLDÜ

20 Avqust 2020, 08:31

"Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, o, Antalyadakı otellərin birində birlikdə şam yeməyi yediyi yaxın adamı tərəfindən başından güllələnib.  

N.Səlifov Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qatil onun başından 4 güllə vurub.

Qətli törədən şəxs hadisə yerindən qaçsa da, Antalya-Dənizli yolunda saxlanılıb. Onun "Xan" ləqəbli kriminal avtoritet olduğu bildirilir. İnformasiya mənbələrində ləqəbi "Xan Bakinski" olan Xaqan Zeynalov azərbaycanlı "qanuni oğru" kimi təqdim edilir.

"Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

O, 1995-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

"Lotu Quli"nin digər mərhum azərbaycanlı avtoritet Rövşən Lənkəranski ilə ədavətdə olduğu bildirilirdi... R.Lənkəranski 2016-il avqustun 18-də Türkiyədə qətlə yetirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir