Modern.az

Nazirlik gənclər üçün boş iş yerləri barədə məlumat verdi

Nazirlik gənclər üçün boş iş yerləri barədə məlumat verdi

12 İyun 2012, 13:27

Bu gün Azərbaycan Turizm İnustutunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidən məlumat verilib. Tədbirdə 57 müəssisə və təşkilat tərəfindən 405 boş iş yeri təqdim olunub. Həmin müəssisələrdən 3-ü dövlət, 54-ü qeyri-dövlət müəssisələridir. Tədbirin əsas məqsədi , işəgötürənlərlə tələbə və məzunların  bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, eyni zamanda iş axtaran vətəndaşların layiqli  işlə təminatına köməklik göstərmək olub.

Qeyri-neft sektoru üzrə fəaliyyət göstərən iri  şirkət və  kompaniyalardan  «European Tobacco–Baku» ASC, «Azərsun Holding» MMC, «Veysəloğlu Yayıcılı Qardaşlar» MMC, «İmprotex Travel» MMC, «Atəşgah» Sığorta Şirkəti, «Ataturizm» MMC, «Paşa Travel» MMC, Qobustan Milli  Tarixi  Bədii  Qoruğu və digər müəssisələr də  iştirak  ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli bildirib ki, bu vaxtadək Bakı şəhərində «Karyerada ilk addım» devizi altında keçirilmiş tədbirlərdə 1134 nəfər münasib işlə təmin edilib.

Qeyd edək ki, «Karyerada ilk addım» devizi  altında növbəti tədbir 22 iyun 2012-ci il tarixdə «Qafqaz» Universitetində təşkil ediləcəkdir.

Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir