Modern.az

İranla Azərbaycan arasında siyasi gərginlik ticarət dövriyyəsinə mənfi təsir edə bilərmi?

İranla Azərbaycan arasında siyasi gərginlik ticarət dövriyyəsinə mənfi təsir edə bilərmi?

Təhsil

12 İyun 2012, 13:42

Ekspert: “Böyük ehtimalla məhz belə olacaq”

Son dövrlər Azərbaycanla İran arasında siyasi gərginliyin iki ölkənin ticarət dövriyyəyə də təsirsiz ötüşməyəcəyi güman edilir. Mütəxəssislər bununla bağlı mənfi proqnozlar verməyə başlayıblar.

Modern.az-a açıqlamasında Sosial və İqtisadi Tədqiqat Mərkəzinin eksperti Xalid Mikayılov da bu fikirdədir. Onun sözlərinə görə, idxalın həcminin aşağı düşəcəyi gözlənilir: “İran-Azərbaycan münasibətlərinin gərginliyi ticarət həcminə təsir edəcək. Bu baxımdan iki ölkə arasındakı ticarət əlaqələrini stabil qiymətləndirmək mümkün deyil. Ticarət dövriyyəsinin aşağı düşəcəyi gözlənilir”.

İran-Azərbaycan arasında ən yüksək ticarət dövriyyəsinin 2007-ci ildə olduğunu deyən, ekspert onu da əlavə etdi ki, həmin il bu rəqəm 540 milyon dollar təşkil edib. Artım yenidən 2011-ci ildə qeydə alınıb. Amma yaxın gələcəkdə İrana tətbiq olunan sanksiyalar nəticəsində ticarət dövriyyəsinin bir qədər də azalacağı ehtimalı var. Azərbaycanın İrana qarşı olan sanksiyalara birbaşa qoşulmasa da, dolayı yolla iki ölkə arasında maliyyə azalmalarına səbəb olacaq. Bu da iqtisadi əlaqələrə də təsirsiz ötüşməyəcək.  

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, İranla ticarət əlaqələri davam etdirilir: “Bu ilin dörd ayı ərzində Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 106,52 milyon dollar olub. İran Azərbaycanın xarici ticarət dövriyyəsində bu ilin dörd ayının yekunlarına görə 0,94 faiz paya malikdir. İran Azərbaycanın ticarət dövriyyəsində 23-cü yerdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, ticarət dövriyyəsində elə bir dəyişiklik olmayıb. Ticarət dövriyyəsi ötən illə müqayisədə eyni paya malikdir. Azərbaycan şirkətləri İran şirkətləri ilə bağladıqları müqavilələrə uyğun olaraq bu gün də fəaliyyətlərini davam etdirirlər”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!