Modern.az

Abel Məhərrəmov gürcülərlə anlaşdı

Abel Məhərrəmov gürcülərlə anlaşdı

12 İyun 2012, 13:52

Bu gün Bakı Dövlət Universitetində Gürcüstan Milli Elmlər Akademiyası ilə BDU arasında elm və təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədilə Anlaşma  Memorandumu imzalanıb. Universitetin Mətbuat və informasiya şöbəsindən Modern.az-a bildirilib ki, BDU tərəfindən Memorandumu rektor, akademik Abel Məhərrəmov, Gürcüstan tərəfindən isə Milli Elmlər Akademiyasının akademik katibi GiviTsintsadze imzalayıblar. Bu əhəmiyyətli sənədə imza atan rektor Abel Məhərrəmov Memorandum çərçivəsində həyata keçiriləcək işlərin önəmindən danışıb.

İmzalanan Anlaşma Memorandumu aşağıdakı sahələrdə iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

Tədqiqatçı və doktorantların mübadiləsi

Professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım

Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi

İkitərəfli birgə simpozium, seminar və konfrans təşkili

Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı.   


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi