Modern.az

Valeh Ələsgərov: "Arif Rəhimzadə mənə zəng edəndə, utanıb yerə girdim..."

Valeh Ələsgərov: "Arif Rəhimzadə mənə zəng edəndə, utanıb yerə girdim..."

12 İyun 2012, 14:04

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elmira Axundova  "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış etmək istəsə də, ona söz verilməyib. Yalnız bu qanunun qəbulundan sonra çıxış etmək imkanı qazanan millət vəkili sənədlə bağlı bəzi suallarının olduğunu söyləyib

Deputatın bu fikrinə münasibət bildirən vitse-spiker Ziyafət Əsgərov Elmira Axundovaya başqa məsələ haqda danışmağı tövsiyyə edib.

Səsverməyə çıxarılan qanunun mahiyyətini anlamadığını deyən E.Axundova isə öz etirazını bildirib:

“Mən mahiyyətini başa düşə bilmədiyim qanuna səs verirəm? Belə vacib qanun barəsində bizə ekspertlər danışmalıdırlar. Mən sadəcə olaraq, bilmək istərdim sahə inzibati ərazi dairələri rayon İcra hakimiyyətlərinin tərkibində olacaq, yoxsa müstəqil şəkildə fəaliyyət göstərəcəklər?”.

Z.Əsgərov deputat həmkarının çıxışına cavab olaraq ona iradlarını bildirib.

“Elmira xanım, bura orta məktəb deyil, siz 15 ildir deputatsınız. Siz bunu niyə öyrənməmisiniz?”.

Daha sonra deputat Valeh Ələsgərov məsələ ilə bağlı çıxış edərək deputatları anlaşılmaz hesab etdikləri qanun layihələrini qabaqcadan öyrənməyə çağırıb.

“Mən burada dəfələrlə demişəm ki, qanun çətin olanda deputatlar müzakirələrdən əvvəl əlaqə saxlamalıdırlar. Müvafiq komitələrlə birlikdə bu məsələləri həll etməlidirlər. Deputatlar başa düşmədikərini öyrənməlidirlər.
Arif Rəhimzadə millət qarşısında, xalq qarşısında böyük xidmətləri olan şəxsdir. Arif müəllim kimi ağsaqqal adam bu məsələlərlə bağlı mənə zəng elədi. Mən utanıb yerə girdim. Elmira xanım bu məsələdə yeni bir şey yoxdur. Sadəcə olaraq, burada bələdiyyə belə gəldi, İcra Hakimiyyəti belə getdi deyə, fikir səsləndirmək lazım deyil”-deyə V.Ələsgərov bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir