Modern.az

İmtahanda yüksək bal toplayan müəllimlərin adları açıqlandı

İmtahanda yüksək bal toplayan müəllimlərin adları açıqlandı

20 Avqust 2020, 14:42

Müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, rus dili fənləri üzrə yüksək nəticə göstərən namizədlərin adları açıqlanıb.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, avqustun 19-da keçirilmiş imtahanlarda Azərbaycan dili və ədəbiyyat fənnindən Leyla Ağayeva 60, Aytac Quliyeva 59, Səfalı Əlizadə 58, Ayşən Abbasova, Jalə Zeynallı, Könül Adulrəhmanova, Könül Nəzərova, Nuranə Qarayeva, Sevinc Məmmədli və Vüsalə Nuriyeva 57, rus dili fənnindən Şərqiyyə Qasımova 54, Ləman Quliyeva 53 bal toplayıblar.

 

Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanlar təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

 

Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 min 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 min 228 namizəd iştirak hüququ qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir