Modern.az

Cavid Qurbanov: “54 yeni yol ötürücüsü tikiləcək”

Cavid Qurbanov: “54 yeni yol ötürücüsü tikiləcək”

Təhsil

12 İyun 2012, 14:31

Modern.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının iclasında  deputat Cavid Qurbanov yol ötürücülərindən istifadə edilməməsi nəticəsində baş verən qəzalarla bağlı çıxış edib. O məlumat verib ki, prezidentin sərəncamı ilə bundan sonra 54 yeni yol ötürcüsü-keçid tikiləcək. Deputatın sözlərinə görə artıq Neftçilər prospektində 5 yeni keçid tikilib.
“Bu işlər proqrama uyğun davam edəcək. Normativlər var və normativdən artıq keçid quraşdırmaq mümkün deyil”.

Milli Məclisin spikeri Oqtay Əsədov da qeyd edib ki: “bu məsələ tək keçid məsələsi deyi”. O hesab edir ki, insanların məsuliyyətinin artması, qadağan olunmuş yerlərdən deyil, keçidlərdən keçməsi üçün cərimələr artmalıdır.

Deputat Əli Hüseynli vurğulayıb ki, bu məsələdə təbliğata böyük ehtiyac var. “O da bu qanunda həyata keçiriləcək”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır