Modern.az

Fazil Mustafa Milli Məclisdə etiraz etdi: "Burda heç kim heç kimdən üstün deyil”

Fazil Mustafa Milli Məclisdə etiraz etdi: "Burda heç kim heç kimdən üstün deyil”

Təhsil

12 İyun 2012, 14:41

Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirələr davam edir. Modern.az xəbər verir ki, parlamentdə "İstehsalat və məişət tullantıları haqqında" sənədin müzakirəsi zamanı millət vəkili Fazil Musatafa deputatlar fikir səsləndirərkən rəhbərliyin “sən düz demirsən, yalan deyirsən” kimi ifadələr işlətməsini, bu cür münasibəti yolverilməz sayır.

“Deputatlar bəzən tənqidi fikirlər səsləndirəndə rəhbərlikdən çox sərt cavab verilir. Hesab edirəm ki, bu şəkildə bizim fikirlərimizə münasibət bildirilməli deyil. Bizim cavab vermək haqqımız var. Milli Məclisdə kimsə kimdənsə üstün deyil, hamı bərabərdir. Hər birimiz deputatıq və ona görə bir-birimizə hörmətlə yanaşaq. Burada elə fikirlər səsləndirilməsin ki, kimsə savadlıdır, kimsə savadsızdır. Hər kəs bir-biri ilə danışır, hər kəs bilir nə danışır. Ona görə hesab edirəm ki, haqqımız tapdalanmamalıdır”.
Milli Məclisin spikeri Oqtay Əsədov qeyd edib ki, “gəlin bir-birimizə hörmət edək”.
 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi