Modern.az

Ukraynada narıncı inqilab “maviləşir”

Ukraynada narıncı inqilab “maviləşir”

19 Yanvar 2010, 12:50

Ukraynada prezident seçkilərinin ilkin turunun qalibləri olan  Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko fevaralın 7-ə keçirləcək ikinci tur seçkilərə hazırlaşır. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata əsasən, Yanukoviç və Timoşenko ilk turda məğlub olmuş digər namizədlərin dəstəyini qazanmağa çalışırlar.

Birinci turda Yankoviçdən 10 faiz az səs toplamış Timoşenkonun 2-ci turdan qalib çıxması az inandırıcı görünür. Buna baxmayaraq, “narıncı ledi” ciddi səylər göstərir.

Məlumatlara görə, Timoşenko artıq digər namizədlər Tiqipko və Yatsenyuku ələ almağa başlayıb. Timoşenkonun komandası adı çəkilən namizədlərlə danışıqlara başlayıb. Məqsəd Tiqipko və Yatsenyukun 2-cu turda Timoşenkoya dəstək göstərməsinə nail olmaqdır.    Timoşenko komandasının üzvü Sergey Sobolev qeyd edib ki,  Tiqipko və Yatsenyuka danışıqlar təklfi olunub və artıq ilk görüş barədə razılıq da var. Timoşenkonun  göstərəcəyi dəstək müqabilində prezident seçilərsə, Tiqipkoya ölkənin baş nazir postunu təklif edəcəyi bildirilir.

Sobolev Yanukoviçin ikinci turda dəstək qazanmağa çalışacağı siyasilərin adlarını da sadalayıb. Onun sözlərinə görə, bunlar İnna Boqoslovskaya, Vasili Protıvsix, Mixail Brodskıdır.

Sobolevə görə bunlar texniki namizədlərdir və Yanukoviçin təbliğatını aparıblar. Səsvermənin nəticələri ilə bağlı məhkəmə şikayəti verməyəcklərini deyən Sobeloev Timoşenknun səslərinin 3 faizinin oğurlandığını  bildirib.

Regionçular da boş oturmur. 1-ci turun qalibi Viktor Yanukoviçin tərəfdarları Vladimir Litvininin dəstəyinə ümid edirlər. Regionlar Partiyasının üzvü Nestor Şufriç bu barədə mətbuata açıqlama verərək qeyd edib ki, “Yanukoviçin qələbəsindən sonra növbədənkənar parlament seçkilərindən qaçmaq üçün biz onun dəstəyinə ümid edrik”. 

Regionçular hesab edir ki, ikinci tur seçkilərinin pozulmasına cəhd təhlükəsi mövcuddur. Onlar bu barədə artıq Yanukoviçi xəbərdar ediblər. Regionçu Nikolay Azarovun sözlərinə görə, hakimiyyətin prezident seçkilərin ikinci turunu pozmaq planı mövcuddur. Azarov qeyd edib ki, təmsil etdiyi partiya bu təhlükənin qarşısının alınması üçün səfərbər olunub. Azarova görə,  2004-cü il seçkiləri builki prezident seçkisi ilə müqayisədə “toya gediləsdir”. 
“2004-cü ildə DİN başçısının insanlara hədə-qorxu gəlməsini təsəvvür edə bilərdinizmi?  Və yaxud milisin evlərə insanların xəstə olub-olmadığını yoxlama göndərməsinə nə deyə bilərsiniz?  Seçkiləri pozmaq üçün Timoşenkonun Gürcüstandan 3 min yaraqlı sifariş etməsinə necə baxırsınız? Seçki məntəqələrinə qaz şaşkaların atılmasına nə deyirsiniz?”-deyə regionçu bildirib. Onun sözlərinə görə, regionçular 2-ci turun pozulması cəhdlərinin  qarşısını alacaq. Regionçular artıq Timoşenkonu dövlətə xəyanətdə ittiham edirlər. Qeyd olunur ki, Timoşenko Gürcüstan prezidenti Mixail Saakaşvili ilə əlbəir olaraq gürcü yaraqlılar vasitəsi ilə Ukraynada dövlət çevriliş  planı hazırlayıblar.

Bütün mümkün gözləntilərə rəğmən Yanukoviç seçkidən sonra verdiyi açıqlamalarda ikinci narıncı inqilab niyyəti ilə insanları küçələrə çıxmamağa çağırıb. Həm Yanukoviç, həm də Timoşenko ABŞ və Rusiyaya sıcaq mesajlar  ünvanlayırlar. Moskva isə seçki kampaniyasında əla oyununu davam etdirir. Əvvəldən Yanukoviçi dəstəkləyən Moskvanın Timoşenkonun da seçilmə ehtimalını düşünərək kartları yaxşı oynadağı başa düşülür.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir