Modern.az

“Ayaz Mütəllibov dedi ki, ayın sonu gəlirəm”

“Ayaz Mütəllibov dedi ki, ayın sonu gəlirəm”

12 İyun 2012, 15:29

Eks-prezident Azərbaycana qayıdır...

Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu ikinci, sonuncu səsverməyə çıxarılaraq təsdiq edilib. 

Sözügedən qanunun tələbinə uyğun olaraq Azərbaycanın yeganə sabiq prezidenti Ayaz Mütəllibovun üzərindəki cinayət işinə götürülərək onun vətənə qayıtmasına icazə verilib.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Modern.az-a açıqlaçmasında eks prezidentlər haqqında qanunun qəbulunu müsbət qiymətləndirərək  Ayaz Mütəllibov bu ayın sonu vətənə qayıdacağını bildirib. A.Əlizadənin fikrincə, sabiq prezidentin məsələdən xəbəri olduğunu və Bakıya qayıtmaq üçün hazırlıqlar gördüyünü vurğulayıb.

“Qanunun təsdiq edilməsindən Ayaz bəyin xəbəri var. O artıq Azərbaycana geri dönəcək. Mən çox sevinirəm ki, bu qanun gec də olsaqəbul edilib. Əslində bu qanunun olmamasının günahı Ayaz Mütəllibovdadır. Çünki prezidentlik institutu təsis edildikdə eks-prezidentlərin hüquqları haqqında qanun qəbul edilməliydi”,-deyə ASDP sədri qeyd edib. Onun sözlərinə görə, keçmiş prezident onunla bu gün əlaqə saxlayaraq Azərbaycana bu ayın sonu gələ biləcəyini deyib:

“Ayaz Mütəllibov Azərbaycana ya bu ayın axırı, ya da gələn ayın əvvəli gələcək. Mən bu gün Ayaz bəylə əlaqə saxladım. Onun bununla bağlı təəssüratları normaldır. Artıq vətənə dönməyə hazırlaşır”.

Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov düz iyirmi ilə yaxın idi ki, Moskvada mühacirətdə yaşayırdı.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?