Modern.az

AYB-də Azərbaycan-İraq yazıçıları ilə görüş olacaq

AYB-də Azərbaycan-İraq yazıçıları ilə görüş olacaq

12 İyun 2012, 13:00

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda İraq (Kərkük) - türkmən yazıçıları ilə görüş keçiriləcək. Tədbir iyunun 14-ü  saat 14:00-da təşkil olunacaq. Bu haqda Modern.az saytına professor Vaqif Arzumanlı məlumat verib.

Görüşdə eyni zamanda Kərkük və Bağdaddan gəlmiş  elm və mədəniyyət xadimləri də iştirak edəcəklər. Tədbirin təşkilatçıları İraq Yazıçılar Birliyi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyidir. Görüş zamanı Azərbaycan-İraq ədəbi-mədəni əlaqələri, müasir İraq-türkmən poeziyası, Azərbaycan-İraq  folklor əlaqələri mövzusunda çıxışlar və təqdim etmələr nəzərdə tutulub.
Könül Səid     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir