Modern.az

İmtahandan keçə bilməyən namizədlərə novbəti ŞANSI

İmtahandan keçə bilməyən namizədlərə novbəti ŞANSI

21 Avqust 2020, 08:32

Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlayıb. 

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər  24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

 

Namizədlərin apelyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apelyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək. 

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda 10 iyul 2020-ci il tarixində onlayn müsahibələr keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq