Modern.az

Namiq Həsənov: “Yüzlərlə sürücü “London taksisi" gözləyir”

Namiq Həsənov: “Yüzlərlə sürücü “London taksisi" gözləyir”

12 İyun 2012, 16:34

Bəzi məlumatlara görə, bənövşəyi rəngli “London taksi”lərin sürücüləri işlətdikləri maşınları geri qaytarırlar. Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında mediada yayılan məlumatları təkzib edib:

“Həmin şəxslər gedib yerində yoxlasınlar və sonra yazsınlar. Əksinə növbəyə yüzlərlə insan yazılıb ki, “London taksisi”  götürüb işlətsin. Gün ərzində 5 nəfər mənə zəng edir ki, “London taksiləri” işlətmək istəyirlər. İndi heç bir ədəd də yoxdur. 1000 ədəd gəlib və hamısı da paylanıb. Əlbəttə, kiminsə etirazı ola bilər və bu istisna deyil. Xoşuna gəlməyib qaytara bilənlər ola bilər”.  

Anar Kəlbiyev  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir