Modern.az

25 “Qarabağ nəğməsi” seçildi - FOTOLAR

25 “Qarabağ nəğməsi” seçildi - FOTOLAR

12 İyun 2012, 17:03

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Lider Qadınlar” İctimai Birliyinin Qarabağ müharibəsində əziyyət çəkən ailələrin uşaqlarının düşüncəsindəki Qarabağı görmək məqsədi ilə təşkil etdiyi müsabiqə yekunlaşıb. Bu gün “Lider Qadınlar”  İB-nin qərargahında qurumun sədri, millət vəkili Məlahət İbrahimqızı “Qarabağ nəğmələri” inşa müsabiqəsinin qaliblərini diplom və hədiyyələrlə təltif edib. Mükafata təqdim edilən 6 inşanın müəllifi Şuşa, Xocalı, Kəlbəcər, Cəbrayıl, Füzulidən olan şagirdlərdir.

“Qarabağ nəğmələri”  adlı inşa müsabiqəsində  500-ə yaxın şagird iştirak edib.  Təqdim olunan inşalardan 25 ən yaxşısı münsiflər tərəfindən seçilərək, ingilis dilinə tərcümə edilib kitab  şəklində çap olunacaq.



Elçin AĞAYEV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır