Modern.az

Koronavirusa yoluxanlara HƏKİM MƏSLƏHƏTİ: Buğda cücərtisi, arı südü...

Koronavirusa yoluxanlara HƏKİM MƏSLƏHƏTİ: Buğda cücərtisi, arı südü...

Aktual

21 Avqust 2020, 14:06

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ötən günlərdə açıqlama verdi ki, koronavirus ən azı 1-2 il, bəlkə də daha çox  bizimlə birlikdə olacaq.

 

Bu fikirlərdən sonra onsuz da adiləşməkdə olan pandemiyanın bizim üçün daha uzun müddət təhlükə olaraq qalacağı hər kəsə aydın oldu.

Virusla mübarizə çərçivəsində xüsusi əhəmiyyətli tədbirlər həyata keçirilir, vaxtaşırı sərtləşdirilən karantin rejimi ölkəmizdə də davam edir. Bunun fonunda koronavirusa yoluxmadan qorunmaq üçün müxtəlif metodlardan – məsələn, elə xalq təbabətindən istifadənin yararlı olduğunu düşünənlər də artır.   

 

Maraqlıdır, koronovirusla mübarizədə xalq təbabətinin hansı metodlarından istifadə edə bilərik?

Bu barədə Modern.az-a danışan həkim-fitoterapevt Elnur Eldaroğlu diqqətə çatdırıb ki, qrip kimi bir sıra viruslarla orqanizm həmişə təmasda olur və bəzən o viruslar bədənə yapışıb yaşaya bilir, bəzənsə yapışa bilmir:

“Ümumiyyətlə, virusların ömrü uzun olmur, insandan-insana yoluxaraq özünü yeniləyir. Biz kəskin respirator virus infeksiyaları kimi hazırda pandemik vəziyyət yaradan koronavirusla da mübarizədəyik. Bu zaman əsas yuxarı tənəffüs yollarının immun sistemini stimullaşdıran təbii məhsullardan istifadə edə bilərik. Məsələn, propolis tinktura 20%-li vasitəni 30 damcı 50 ml suya qatıb iki dəfə yeməkdən sonra qəbul etmək olar. Buğda cücərtisi, arı südü, bal və çörəkotu toxumuyla qarışım şəklində məcun da hazırlayıb istifadə etmək lazımdır. Buğda rüşeymli məcun şəklində gündə iki üç dəfə daxilə qəbul edilir. Faringit və bronxit kimi xroniki xəstəlikləri olan insanlar keçibuynuzu meyvəsi iki meyvə doğrayıb, 400 ml də dəmləyib iki dəfə yeməkdən əvvəl qəbul edilir. Həmçinin ud hindi, cökə və exinaseya kimi immunstimulyator bitkilərin dəmləmələri də istifadə edilir. Rahat nəfəs almaq üçün evkalipt, gülümbahar və istiotlu nanə yarpağı ilə dəmləməyə inhalyasiya da tövsiyə olunur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı