Modern.az

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik mübahisə yaratdı

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik mübahisə yaratdı

12 İyun 2012, 17:59

Milli Məclisinin bu gün keçirilən iclasında gündəliyə çıxarılan “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilib. Bildirib ki, qanuna təklif olunan dəyişikliklərə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Müzakirəlrə zamanə deputat İqbal Ağazadə sənədi tənqid edib: “Hər şeyi qarışdırmısınız. Hər şey ona hesablanıb ki, informasiya əldə edilməsin".

Deputat Zahid Oruc isə əksinə, dəyişikliklərin demokratik cəmiyyət quruculuğuna təsir göstərəcəyi barədə fikirləri əsassız sayıb. Çəxəş edən millət vəkillərinin əksəriyyəti dəyişiklikləri dəstəkləyiblər.

Sonda Milli Məclis 93 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla qanunu qəbul edib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır