Modern.az

17 yaşlı Siddiqə Məmmədovanın yardıma ehtiyacı var - FOTO

17 yaşlı Siddiqə Məmmədovanın yardıma ehtiyacı var - FOTO

21 Avqust 2020, 16:26

Xərçəng xəstəliyi ilə mübarizə aparan 17 yaşlı qızın müraciəti sosial şəbəkələrdə gündəmə çevrildi.

Modern.az xəbər verir ki, 17 yaşlı Siddiqə Məmmədova 2018-ci ilin iyun ayından bu günə qədər “C83.3 Diffuz Böyük B-hüceyrəli Qeyri-Hoçkin limfoma” diaqnozu ilə mübarizə aparır. Onun həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var.

Bunun üçün sosial şəbəkələr dəstək istəyən Siddiqənin müraciəti qısa zamanda hər kəsin diqqətini cəlb edib, yüzlərlə paylaşım alıb.

 

Onun müraciətini olduğu kimi təqdim edirik:

“Salam gözəl insan, yazdığımı 1 dəqiqəlik mən olub oxumağını xahiş edirəm.

1 dəqiqə mənim kimi düşün, çünki məni başa düşməyini istəyirəm. 17 yaşım var və 2 ildir ki, bütün gücümün daha artığı ilə xərçəng xəstəliyi ilə vuruşuram. 13 kurs ən ağır ximyaterapiya almışam. Mübarizəmdə mənəvi-psixoloji, fiziki-bədənsəl bir savaşın içindəyəm. Yəni bütünlükdə bir mən olaraq mübarizə aparıram. Bütün gücümlə. Hər cür çətinliyi bu dönəmdə daddım, ağrını yaşadım. Amma bütün bunların sonunda sağlamlığıma, arzularıma, məqsədlərimə çatmaq istəyim o qədər çox güclüdür ki!!! Yaşamağı o qədər çox istəyirəm ki... Necə başa salım? Və buna nail olacağıma çox inanıram. Mənim yaşamaq, arzularımı gerçəkləşdirmək şansım çoxdur! Bir şərtlə ki, Türkiyəyə getsəm və müalicəmi tamamlasam. Bunun üçün 51.000 manat (30.000dollar) məbləğə ehtiyac var. Yüksək məbləğ olduğu üçün maddi durumumuz buna imkan vermir. Əgər bu məbləğ yığılsa, çəkdiyim bütün illərin əziyyəti, qurduğum xəyallar gerçəkləşəcək.

Bu səslənməm nə qədər çox insana çatsa və hər insan mənə əlindən gəldiyi qədər dəstək olsa, bu mənim üçün sözlərə sığmayacaq qədər böyük addım, hədiyyə olacaq. Mən həyata, yaşama bir addımlıqdayam və əlimi sizə uzatmışam.

 

Sənin bir həyat qurtarmaq şansın var.

ƏLİMİ TUTARSAN?”

 

Qeyd: Siddiqə Məmmədovaya dəstək göstərmək istəyənlər fotodakı bank hesabına ödəniş edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir