Modern.az

Ermənilər türklərdən torpaq istəyir

Ermənilər türklərdən torpaq istəyir

12 İyun 2012, 18:34

Türkiyənin bir qrup jurnalisti və tələbələri Ermənistana səfər ediblər. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, qrup Ermənistanda bir çox rəsmi görüşlər keçirib. Türkiyəli jurnalist Uğur Koçbaş qeyd edir ki, səfərin diqqət çəkən görüşlərdən biri Ermənistanın radikal partiyası Daşnaksütun Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Giro Manoyanla olub.

G. Manoyan bildirib ki, Türkiyə ilə yenidən münasibətlər qurmağa hazırdırlar. Amma jurnalistlər ona sual verib ki, bəs niyə hər aprel ayının 24-də türk bayrağını yandırırsınız?

Manoyan isə bunun cavabında bildirib ki, Türkiyə ilə yenidən münasibətlərə girmək üçün  Türkiyə bir sıra təəbləri yerinə yetirməlidir. Bildirilib ki, ilk növbədə Türkiyə dırnaqarasında soyqırımı tanımalıdır, soyqırımda həlak olanlar üçün təzminat ödənməlidir, ermənilər bu ərazilərdən köçməzdən əvvəl yaşadıqları Ərzurum, Ərzincan, Ağrı, Van, Həkkəri, Bitlis, Muş, Şırnak, Bitlis, Diyarbakır, Mardin, Malatya, bingöl, Sivas, Amasya, Tokat və Giresun vilayətinin bir hissəsinin nəzarətini Ermənistana verməlidir

Sevinc İLTİFATQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı