Modern.az

Avropalılara İnternet Explorer-dən istifadə etməmək tövsiyə olunur

Avropalılara İnternet Explorer-dən istifadə etməmək tövsiyə olunur

19 Yanvar 2010, 13:30
Fransa hakimiyyəti internet istifadəçilərinə Microsoft şirkətinin brauzerindən istifadə etməməyi tövsiyə edir. Belə ki, Fransanın kiber-təhlükəsizliyin tədqiqatı ilə məşğul olan Dövlət Xidməti İnternet Explorer istifadəçilərini bu brauzerin kifayət qədər təhlükəsiz olmadığı barədə xəbərdar edib.
Cümə günü Almaniyanın müvafiq qurumu da öz vətəndaşlarına Microsoft-un brauzerinə sonadək etibar etməməyi tövsiyə edib.
Avropa ölkələrinin bu addımlarına cavab olaraq dünyanın ən iri proqram təminatı istehsalçısı olan Microsoft şirkətinin nümayəndəsi bu məlumatı təkzib edərək “bu gün İnternet Explorer 8-in bazarda ən təhlükəsiz məhsul olduğunu” bildirib.  
Xatırladaq ki, bir neçə gün əvvəl naməlum xakelər Microsoft İnternet Explorer brauzerinin köhnəlmiş versiyasında olan zəif nöqtələrdən istifadə edərək Google şirkətinin poçt servisinə hücum edərək Çinin bir sıra hüquq müdafiəçilərinin poçt ünvanlarını sındırmışdırlar.
Antivirus proqram təminatı istehsalçısı McAfee şirkəti isə bəyan edib ki, İnternet Explorer-in bütün versiyalarında bu cür zəif nöqtələr mövcuddur, hətta Windows 7-də quraşdırılmış sonuncu versiyalarda belə.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir