Modern.az

YAP Siyavuş Novruzova TÖHMƏT VERDİ

YAP Siyavuş Novruzova TÖHMƏT VERDİ

Ölkə

22 Avqust 2020, 12:59

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət verilib.

 

Partiyadan Modern.az-a verilən məlumata görə, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Yeni Azərbaycan Partiyası təşkilatın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi