Modern.az

Qubaya bir qar yağdı ki... - FOTO-VİDEO

Qubaya bir qar yağdı ki... - FOTO-VİDEO

23 Avqust 2020, 09:58

Bu gecədən başlayaraq Azərbaycanın şimalına-Quba və Qusar rayonlarının dağlıq ərazilərinə ilk qar yağıb.

 

Modern.az xəbər verir ki, ən çox qar Qusar ərazisində yerləşən -dəniz səviyyəsindən 4000-ə yaxın hündürlükdə yerləşən məşhur Şahdağ və Şah düzü ərazilərinə  düşüb.

 

Qubanın Xınalıq və digər kəndlərin  kənd sakinləri hazırda həmin ərazidə yerləşən  yaylaqda qoyun növbəsindədirlər.Xınalıq sakini Nazir Sultanov Şah düzündə çəkdiyi video və şəkilləri qohumu Səxavət Sultanov vasitəsilə bizə çatdırıb. Hər ikisinə təşəkkür edirik.

 

Şahdağda və Şah düzündə qarın hündürlüyünün 5-10 sm olduğu deyilir.

 

İlin, bu yayın sonu - payıza doğru yağan ilk qarı Qusarın Ləzə,Qubanın Xınalıq, Dalıqaya və digər kəndlərinə də düşüb.Yağan qarın sulu qar olduğu deyilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadakı ərazi hidrometerologiya müəssisəsindən bildirilib ki,qar əsasən Quba və Qusarın dəniz səviyyəsindən 2500 metrdən çox olan hündür dağ massivlərinə yağıb.

 

Dağlıq yaşayış məntəqələrində isə sulu qar müşahidə olunub.Bildirilib ki,bu gün səhər dağlıq yaşayış məntəqələrində-konkret olaraq Xınalıqda havanın temperaturu +2-cən enib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?