Modern.az

General Polad Həşimov 1 il əvvəl qızının iştirak etdiyi verilişdə - VİDEO

General Polad Həşimov 1 il əvvəl qızının iştirak etdiyi verilişdə - VİDEO

23 Avqust 2020, 11:49

Bu ilin iyul ayında Tovuz döyüşləri zamanı şəhid olan general-mayor Polad Həşimovun İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişindəki görüntüləri yayılıb.

Modern.az-ın məlumatına görə, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova 1 il əvvəl İctimai Televiziyanın efirində yayımlanan “Əlaçı” verilişində iştirak edib. Həmin verilişdə general və xanımı qızları Aybənizi dəstəkləmək üçün studiyada olublar.

Veriliş İctimai Televiziyada təkrar yayımlanıb. Proqramın görüntülərinin sosial şəbəkələrdə yayılması böyük marağa səbəb olub.

Polad Həşimov iyulun 14-ə keçən gecə şəhid olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir