Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dinara Kulibayeva Fransada Cenevrə gölü yaxınlığında ən bahalı mülk alıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransada nəşr olunan “Tribune de Genève” Dinaranın aldığı mülkin sahəsinin 7980 kv.metr olduğunu, 2 yerüstü tikili və 2 yeraltı konstruksiyadan ibarət olduğunu bildirib. Mülk 45 milyon dollara (74,5 milyon frank) alınıb. Mülkü rusiyalı biznesmen Rüstəm Aksinenko satıb. Aksinenko bu mülki 2005-ci ildə 19 milyon franka alıb.
“Forbes” jurnalı Dinaranı 2007-cu ildə dünyanın ən varlı adamlarının siyahısına salıb. Jurnalın hesablamalarına görə onun kapitalı 2,1 milyard dollar təşkil edir. Xeyriyyə işləri ilə məşğul olan Dinara Nursultan Nazarbayev Təhsil Fonduna rəhbərlik edir. Onun əri “KazEnergy”nin rəhbəri Timur Kulibayevdir.