Modern.az

Bahar Muradova qalmaqallı toyda iştirak etmədiyini açıqladı

Bahar Muradova qalmaqallı toyda iştirak etmədiyini açıqladı

23 Avqust 2020, 23:07

"Pandemiya başlayandan bu günədək hec bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm".

Modern.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.


B.Muradova qeyd edib ki, bir qayda olaraq ictimai rəyi və onu nəzərə almağı vacib hesab edir:


"Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam.Hətta şəxsimə yönəlik kəskin tənqidi mövge və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.

Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam.Son sözünü əvvəldə deyənlərin hec də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.
Bir də ki,tədbirli adamların hec vaxt yalanları isbatlamağa calışmamasının doğru yol olduğuna inanıram.C ünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir.Yalancılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə catacağını düşünür.
Bir də ki, səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq cox cətin məsələdir və faydasız bir işdir.
Nəhayət sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir !
Dəyərli soydaşlar, Sizi bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək hec bir kütləvi tədbirdə, o cümlədən toy,nişan və yas mərasimində iştirak etməmişəm.
Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin kecirilməsinə imkan verməmişəm.
Koronavirus səbəbindən coxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə,üstəlik də insanların həyatını təhlükəyə atmağa hec bir lüzum görmürəm.
Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram".

"Yalan-palan həvəskarlarını isə, nəhayət bu yoldan dönməyə, cəmiyyətimizi,ayrı ayrı insanları hədəf secərək hec bir cərcivə gözləmədən əndazəni aşan hərəkətlərdən cəkinməyə cağırıram.
Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə üyğun fikirlər səsləndirən, status,şərh və acıqlamalarla cıxış edən hər kəsə təşəkkür edirəm!
Tanrı xalqımızı bəlalardan qorusun !!!", - deyə B.Muradova qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü