Modern.az

Nazirlik təhsil yerini dəyişmək istəyən tələbələrin sayını AÇIQLADI

Nazirlik təhsil yerini dəyişmək istəyən tələbələrin sayını AÇIQLADI

Təhsil

24 Avqust 2020, 11:21

Xəbər verdiyimiz kimi, tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb.


Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib.


Nəticələr sentyabr ayında elan olunacaq.


Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır