Modern.az

Biləsuvarın yeni icra başçısı İctimai Televiziyanın Aparat rəhbəri idi - FOTO

Biləsuvarın yeni icra başçısı İctimai Televiziyanın Aparat rəhbəri idi - FOTO

24 Avqust 2020, 12:47

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Modern.az-ın məlumatına görə, Faiq Qürbətov bu təyinatadək İctimai Televiziyada Aparat rəhbəri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2018-ci ilin iyununda gətirilmişdi.

O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir