Modern.az

Belarusda etirazlara çıxan müəllimlər işdən qovula bilər

Belarusda etirazlara çıxan müəllimlər işdən qovula bilər

Dünya

24 Avqust 2020, 15:25

Belarus prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarında iştirak edən müəllimlərin işdən azad oluna biləcəyini deyib.

 

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, o, təhsil naziri İqor Karpenkodan “müəllimləri hücumlardan” qorumağa səsləyib.

O, dövlət müəssisələrində hakim ideologiyaya sadiq şəxslərin xidmət etməli olduğunu vurğulayıb.

“Kim bunu istəmirsə, məktəblərdə olmasın. Bunu açıq, olduğu kimi demək lazımdır”-deyə Belarus lideri əlavə edib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu