Modern.az

YAP Siyavuş Novruzovun adını siyahıdan çıxardı - İstefası qəbul edildi

YAP Siyavuş Novruzovun adını siyahıdan çıxardı - İstefası qəbul edildi

Hadisə

25 Avqust 2020, 11:12

Milli Məclisin deputatı Siyavuş Novruzov məlum toy qalmaqalına görə dünən hakim Yeni Azərbaycan Partiyasında (YAP) tutduğu vəzifədən - İcra katibinin müavini postundan istefa verib.

 

Modern.az-ın məlumatına görə, Siyavuş Novruzovun adı bu gün YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb.

Bu isə o deməkdir ki, patiya rəhbərliyi S.Novruzovun istefasını qəbul edib.

YAP-dan verilən məlumata görə, S.Novruzov istefa ilə bağlı YAP İdarə Heyətinə müraciət edib və İdarə Heyəti istefa müraciətini təsdiq edib.

Hazırda YAP-ın saytındakı İcra katibliyi bölməsində 9 nəfərin adı var.

 

Xatırladaq ki, Siyavuş Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət vermişdi.

 

Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır