Modern.az

Dünya ölkələrində məktəblər nə zaman açılacaq... – Tarix AÇIQLANDI

Dünya ölkələrində məktəblər nə zaman açılacaq... – Tarix AÇIQLANDI

Təhsil

26 Avqust 2020, 12:54

Yayın bitməsi ilə bütün dünyada məktəb və ali təhsil müəssisələrinin açılması gündəmə gəlib. Amma koronavirus pandemiyasının hələ də ciddi təhdid yaratdığı zamanda dərslərin başlanma tarixi və forması ilə bağlı polemikalar qızışıb.

Modern.az saytı dünyanın fərqli ölkələrində dərs ili ilə bağlı verilən qərarları təqdim edir.

 

ABŞ

Federal dövlət quruluşna malik ABŞ-da bütün ölkə üçün vahid dərs ili yoxdur. Dərs ilinin başlanması və onun distant formada olub-olmayacağını hər bir ştat özü müəyyən edəcək.

ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatının bərpası üçün şagirdlərin məktəblərə gəlməsini, valideynlərin isə öz iş yerlərinə dönməsini önməli hesab edir. Öz şəxsi nümunəsində Tramp 14 yaşlı oğlu Berronu sakitcə məktəbə göndərəcəyini açıqlayıb.

“Məktəblərin açılmasını istəyirəm... Bunu təhlükəsiz rejimdə edəcəyik”.

Ştat qubernatorları isə məktəb direktorlarına dərslərin başlama tarixini özlərinin müəyyən etməsini məsləhət görüb. Mürəkkəb idarəçilik sisteminə malik ABŞ-da buna görə, məktəblərin bəzisi 1 sentyabrda, digərləri 10 sentyabr tarixlərində açılacaq. Dərslərin forması da fərqli olacaq. Bəzi ştatlarda şagirdlər dərsə mütləq maska ilə gəlməlidir, digərlərində bu, məcburi sayılmayacaq. Bir çox məktəblər dərsə gəlməklə yanaşı, şagird sıxlığını azaltmaq üçün bəzi dərsləri onlayn formata keçiriblər.

 

Böyük Britaniya

Böyük Britaniyada dərslərin sentyabrda başlaması barədə qərarı hələ avqustun 15-də təhsil naziri Qevin Anderson elan verib. “Biz verdiyimiz sözü tutmağa çalışırıq – bu mənəvi, iqtisadi və sosial baxımdan çox önəmlidir”.

Nazir 5 aylıq fasilədən sonra Şotlandiyada dərslərin artıq başladığını və hökumətin şagirdləri siniflərə qaytarmaq üçün bütün təhlükəsizlik tədbirləri görəcəyini əlavə edib.   

 

İtaliya

İtaliyada vəziyyət bir qədər fərqlidir. Ölkədə məktəblər 14 sentyabr - bazar ertəsi günü açılacaq. Qaydalara görə, 6 yaşdan yuxarı uşaqlar maska taxmalı, hər gün sinif otaqları deffinfeksiya olunmalı və tənəffüs vaxtı şahmat qaydası ilə bölünməlidir ki, şagirdlər başqa sinfin uşaqları ilə kontakta girməsinlər.

 

Fransa

Fransada məktəblər sentybarın 1-dən açılacaq. COVID-19-un hələ də geniş miqyasda yayıldığı iri şəhər və qəsəbələrdə, o cümlədən Paris və Marseldə məktəblər bağlı qalacaq. Yaşı 11-dən yuxarı bütün məktəblilər və müəllimlər istər məktəb, istərsə də küçədə maska taxmalıdır.

 

Belçika

Bu ölkədə də dərslər sentybarın 1-dən başlayacaq. Yerli hakimiyyət orqanları sanitar-epidemiloji vəziyyətin pisləşəcəyi təqdirdə dərslərin başlanma tarixinin dəyişdiriləcəyini istisna etmir.

 

Almaniya

Federal quruluşa malik Almaniyada da dərslər federal torplaqlarda fərqli tarixlərdə başlayacaq. Berlin və Şlezviq-Qolşteyn torpaqlarında dərslər artıq başlayıb. Ölkənin cənub torpaqlarında isə tədris sentyabrda bərpa olunacaq. Şimali Reyn-Vestfaliya regionunda isə 5-ci sinifdən başlayaraq uşaqlar maska taxmalıdır. Müəllimlər isə maskanı yalnız lövhə qarşısına çıxanda şagirdlərdən azı 1 metr məsafədə dayanaraq çıxara bilər.

 

Danimarka

COVID-19-dan nisbətən az zərər çəkmiş Danimarkada dərslər 10 avqustdan başlayıb. Qaydalara görə, şagirdlər 10-12 nəfərlik qruplara bölünüblər. Onlar arasında azı 1,5 metr məsafə saxlanlır. Şagirdlər hər 90 dəqiqədən bir əllərini sabunla yumalıdır. Danimarka Müəllimlər Şurasının sədr müavini Dorte Lanqe maska taxmağın məcburi olmamasına baxmayaraq, məktəblər açılandan yoluxma sayının cüzi olduğunu əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır