Modern.az

Müəllim olmaq istəyən daha 1607 nəfər imtahan verir 

Müəllim olmaq istəyən daha 1607 nəfər imtahan verir 

Təhsil

27 Avqust 2020, 09:30

Avqustun 27-də ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, imtahanlarda 1607 namizədin iştirakı nəzərdə tutulur.

 

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər