Modern.az

Məlum toya getdiyi deyilən deputat DANIŞDI: “Təəssüflə bildirirəm ki...”

Məlum toya getdiyi deyilən deputat DANIŞDI: “Təəssüflə bildirirəm ki...”

Parlament

27 Avqust 2020, 15:27

“Ölkəmizdə karantin rejimi tətbiq olunan gündən bəri heç bir tədbirdə iştirak etməmişəm. Yalnız Milli Məclisin iclaslarına qatılmışam”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərkən deyib.


Deputatın sözlərinə görə, karantin müddətində ən yaxınlarının yas mərasiminə belə qatılmayıb:


“Əvvəla, qeyd etmək istəyirəm ki, dediyiniz toya nə dəvət olunmuşam, nə də iştirak etmişəm. İkincisi isə  karantin rejimi ilə bağlı dövlət başçımızın göstəriş və tövsiyələri var. Mən də səs verdiyim qanunlara hörmətlə yanaşıram və hər bir qanuna da əməl edirəm. Hətta təəssüflə bildirirəm ki, ən yaxınlarımın belə dəfn və yas mərasiminə getməmişəm”.


Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bir neçə gün bundan qabaq ölkədə davam edən karantin vaxtı qaydaları pozaraq qızına toy edib. Məlum toya ölkənin tanınmış ictimai-siyasi xadimlərinin də qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, mərasimdə iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

AMEA prezidenti Ramiz Mehdiyev isə mətbuatda ünvanına əks səsləndirilən tənqidlərə cavab olaraq akademiyanın saytında geniş açıqlamalarla çıxış  edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!