Modern.az

Təhsil naziri dərs ilinin başlama vaxtından DANIŞDI

Təhsil naziri dərs ilinin başlama vaxtından DANIŞDI

Təhsil

27 Avqust 2020, 17:10

"Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik". 

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, növbəti tədris ili ilə bağlı planlar haqda tədbirin məktəb binasında keçirilməsi simvolikdir:

"Dünyada 134 ölkədə təhsillə bağlı qərar verilib, 63 ölkə məktəbləri açıb, 55 ölkə məktəbin açılacağı tarixi elan edib. Biz pandemiya dövründə tədrisin təşkili ilə bağlı müzakirələr zamanı asan və rahat olan yox, ən az riskli model haqda düşünməliyik.   

Ümumi məntiq belədir ki, Azərbaycanda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir". 

Nazir tədris ilinin başlama vaxtı barədə də danışıb. Emin Əmrullayev bildirib ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır: “Sentyabrın 15-də tədris müəssisələrində tədris bərpa ediləcək, ancaq xüsusi şərtlər daxilində”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi