Modern.az

Yuxarı sinif şagidrləri bu tarixlərdə dərsə başlayacaqlar - Nazir

Yuxarı sinif şagidrləri bu tarixlərdə dərsə başlayacaqlar - Nazir

27 Avqust 2020, 17:21

“5, 9, 10, 11-ci siniflərdə oxuyanların dərs vaxtı 15 sentyabr tarixindən onlayn qaydada başlayır.

Modern.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, oktyabrın 1-dən 5-9-cu siniflərin məktəbə mərhələlərlə əyani şəkildə gəlməsi planlaşdırılır.

Nazirin sözlərinə görə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarmağı planlaşdırırlar:

“Epidemioloji vəziyyət düzələrsə, 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qaytarılmasını planlaşdırırıq”.

Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI