Modern.az

Ali məktəblərdə dərslərin başlanma tarixi ELAN EDİLDİ

Ali məktəblərdə dərslərin başlanma tarixi ELAN EDİLDİ

Təhsil

27 Avqust 2020, 17:28

Ali təhsil müəssisələri sentyabrın 15-dən dərslərə başlayacaq. Sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi distant formada davam etdiriləcək.

 

Modern.az saytı xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ali məktəblərə gələ biləcəklər.

"Oktyabrın 1-dən birinci kurs tələblərinin dərslərə əyani gəlməsi planlaşdırılır. Oktyabrın 15-dən sonra laboratoriya işi tələb edən bəzi ixtisaslar üzrə əyani təhsilin təşkilinə icazə veriləcək. Noyabrın 2-dən sonra fərqli qərar verilə bilər".


Bu zaman epidemioloji vəziyyət nəzərə alınaraq qərar qəbul ediləcək: "Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə, distant təhsil davam edəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü