Modern.az

Təhsil naziri valideynlərə müraciət etdi

Təhsil naziri valideynlərə müraciət etdi

Təhsil

27 Avqust 2020, 17:31

"Valideyn uşaqları məktəbə göndərməyə məcbur deyil".

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, hansısa ailədə yaxud dərsə gələn uşağın özündə temperatur yüksək olarsa, onun məktəbə gəlməməsi təklif olunur:

"Təhsil həm əyani, həm onlayn təşkil olunacaq. Növbəti ilin mart ayına kimi teledərslər və "Virtual məktəb" layihəsi davam etdiriləcək. Valideynlərin burada seçiminə hörmətlə yanaşırıq. Valideyn uşaqları məktəbə göndərməyə məcbur deyil. Seçim edərək uşağı onlayn formada tədrisə cəlb edə bilər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir