Modern.az

“Şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək” - Nazir

“Şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək” - Nazir

27 Avqust 2020, 17:56

Şagirdlərin yerdəyişməsi prosesi ənənəvi qaydada həyata keçiriləcək. 

 

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, valideynin hansısa bölgədən gəlməsi ilə bağlı məsələ Təhsil Nazirliyinə aid deyil: "Şagirdlərin yerdəyişməsi ilə bağlı problem olmayacaq". 

 

Nazir bildirib ki, yeni tədris ilə bağlı bəzi dəyişikliklərin təhsilverənlərin əməkhaqlarına heç bir təsiri olmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?